Saç bitirmək olarmı?

post-img

Stress, vitamin çatmazlığı, hamiləlik və südvermə dövrü, hormonal pozulma saç tökülməsini yaradan səbəblərdir. Mütəxəssislər əsəb pozulması olanlara 1 ay müddətində gündə 3 dəfə yeməkdən əvvəl əsəb sakitləşdirici çay (Sedativ çay) içməyi məsləhət görürlər.

Vitamin və mineral çatışmazlığını aradan qaldırmaq üçün mövsümi mey­vələr və göyərtilər yemək önəmlidir. Bu üsul kömək etməyəndə maskalardan istifadə köməyə çatır. Maska yeni tö­külmüş saçları bərpa edir və ağarmağa başlayan saçları qaraldır.

Maska hazırlamaq üçün 1 ədəd kənd yumurtasının sarısı, 2 xörək qa­şığı alma sirkəsi, 2 xörək qaşığı gənə­gərçək yağı bir-birinə qarışdırılıb saça çəkilir. 2 saat gözlədikdən sonra saç yuyulmalıdır. Bu maskanı həftədə 3 dəfə etmək olar.

Z.HÜSEYNLİ 
XQ

Sosial həyat