Qazaxıstanda mədən qəzası

post-img

Qazaxıstanın Karağandı vilayətində yerləşən Kostenko mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə yüksəlib. Daha 23 şaxtaçını isə, hələlik, dağıntılar altından çıxarmaq mümkün olmayıb.

Kazinform agentliyi xəbər verir ki, hadisə zamanı şaxtada olan 252 nəfərdən 208-si xilas edilib, onlardan 18-i xəstəxanalara yerləşdirilib. Axta­rış-xilasetmə işləri davam edir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həlak olan şaxta­çıların ailələrinə başsağlığı verib. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaqa başlayıblar.

FİDAN
XQ

Son xəbərlər