Azərbaycan–Türkiyə birgə təlimi

post-img

Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi davam edir.

Azərbaycan Ordusunun Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordusu, Hər­bi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Mühəndis Qoşunları, Xüsu­si Təyinatlı Qüvvələr, eləcə də Hərbi Dəniz Qüvvələri­nin xüsusi təyinatlılarının və Türkiyə Silahlı Qüvvələ­rinin müvafiq qoşun növü mənsublarının iştirakı ilə keçirilən birgə təlimin növ­bəti mərhələsi icra edilib.

Plana uyğun olaraq şərti düşmən hədəflərinin dəqiq atəş zərbələri ilə məhv edilməsi, eləcə də əməliyyat ra­yonunun dərinliyindəki diversiya qru­punun zərərsizləşdirilməsi və girovların azad edilməsi üzrə tapşırıqlar uğurla yerinə yetirilib.

XQ

Son xəbərlər