Türkiyənin müdafiə naziri Azərbaycanda

post-img

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanda səfərdədir.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, türkiyəli nazir Azərbay­canda həyata keçirilən “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimini iz­ləmək və ikitərəfli danışıqlar aparmaq üçün Bakıdadır.

Yaşar Güləri hava limanında Azər­baycanın Baş Qərargah rəisi, gene­ral-polkovnik Kərim Vəliyev və Türkiyə­nin Azərbaycandakı səfiri Cahit Bağcı və digər hərbi nümayəndələr qarşıla­yıb.

XQ

Son xəbərlər