ABŞ Cənubi Qafqazda istənilən xoşniyyətli səyləri alqışlayır

post-img

ABŞ Cənubi Qafqazda sülhü təşviq edən istənilən xoşniyyətli səyləri alqışlayır.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dünən keçirdiyi brifinq zamanı deyib.

“Ermənistan–Azərbaycan məsələ­sinə gəlincə, biz bu danışıqların harada getməsindən və kimin aparmasından asılı olmayaraq, Cənubi Qafqaz xalq­ları üçün sülh və sabitliyə kömək edən istənilən xoş niyyətli səyi alqışlayırıq”, – deyə o bildirib.

Qeyd edək ki, dünən Tehranda "3+3" formatında XİN başçılarının gö­rüşü keçirilib. 

XQ

Siyasət