Zərərçəkmişlər Vaqif Xaçaturyanın ömürlük həbs olunmasını istəyirlər

post-img

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri – Xaçaturyan Vaqif Çerkezin cinayət işi üzrə oktyabrın 17-də növbəti məhkəmə iclası keçirilib.

Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə veriblər. Onlar ermənilər tərəfindən işgəncə və təhqirə məruz qaldıqlarını bildirib, Vaqif Xaçaturyanın ömürlük həbs olunmasını tələb ediblər.

Sonra prosesdə fasilə elan edilib. Fa­silədən sonra məhkəmə iclasında zərər­çəkmişlər Vaqif Xaçaturyanın onların başlarına gətirdiyi müsibətlərdən danışıb­lar.

Qeyd edək ki, məhkəmənin növbəti iclası oktyabrın 18-də keçiriləcək.

Xatırladaq ki, Vaqif Xaçaturyan Azər­baycan Respublikası Cinayət Məcəlləsi­nin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçür­mə) maddələri ilə təqsirləndirilir. 

XQ

Son xəbərlər