NATO ekspertlərinin Bakı seminarı

post-img

Azərbaycan Müdafiə Nazirliyinin NATO-nun Beynəlxalq Dil Koordinasiya Bürosu ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərində beynəlxalq seminar başlayıb.

Seminarda çıxış edərək iştirakçıları salamlayan Milli Müdafiə Universiteti­nin rektoru professor, general-leytenant Heydər Piriyev hərbi təhsil sahəsində gö­rülən işlərin vacibliyini, o cümlədən, ke­çirilən görüş, seminar və kurslarda xarici və yerli mütəxəssislər arasında qarşılıqlı təcrübə mübadiləsinin önəmini xüsusi qeyd edib.

27 ölkədən 50-dən çox nümayəndə­nin iştirakı ilə keçirilən seminarın məqsə­di NATO və tərəfdaş ölkələrin dil mərkəzi mütəxəssislərinin qiymətləndirmə me­yarlarının qarşılıqlı standartlaşdırılması (STANAG 6001) və hərbi təhsil sahəsin­də ingilis dilinin tədrisində innovasiyala­rın tətbiq edilməsi ilə bağlı fikir mübadilə­sinin aparılmasıdır.

XQ

Son xəbərlər