Kosmik əməkdaşlıq və infrastruktur mübadiləsi

post-img

Oktyabrın 3-də 74-cü Beynəlxalq Astronavtika Konqresinin “Əməkdaşlıq və infrastruktur” adlı plenar iclası keçirilib.

David Tomasın moderatorluğu ilə keçirilən tədbirdə Avstraliya Fəza Agent­liyinin baş texnoloqu Aude Viqnelles, Kolorado Universitetinin Astrodinamik Araşdırmalar Mərkəzinin professoru Da­niel Şeeres, NASA-nın baş texnoloqu A.C.Çarania, "Əlavə Dəyər Həlləri" şirkə­tinin kosmik rəhbəri vəzifəsində çalışan Ramon Blanko iştirak ediblər.

Plenar iclasda çıxış edənlər kosmik əlaqələrin daha dərindən öyrənilmə­si, eyni zamanda, bu sahədə qarşılıqlı əməkdaşlıqdan danışıblar. Beynəlxalq “Artemis” proqramının kəşfetmə missiya­ları, kosmik elmlər və rəqəmsal kommer­siya şirkətlərinin bu sahənin inkişafı üçün veriləcək dəstəyi haqqında müzakirələr aparılıb. Qeyd edilib ki, rəqəmsal kom­mersiya şirkətləri rabitə və naviqasiya­dan tutmuş mobillik və enerji təchizatına qədər kommersiya xidmətləri sıralaması­nı təmin etmək niyyətindədir.

Qeyd edək ki, "Artemis 1" “Artemida” proqramı çərçivəsində kosmos uçuşu olan ekipajsız Ay orbiti missiyasıdır. “Ori­on” kosmik gəmisinin və “Space Launch System” buraxılış vasitəsinin ilk inteqra­siya olunmuş uçuş sınağıdır.

Son xəbərlər