Astronavtika Konqresi Azərbaycana qayıtdı

post-img

Milli Məclisin inzibati binasında Beynəlxalq Astronavtika Federasiyasının (BAF) nazirlər və parlament üzvləri üçün 13-cü beynəlxalq toplantısı keçirilib. Sayca 13-cü olan toplantı oktyabrın 2-dən 6-dək ölkəmizin evsahibliyi edəcəyi 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi ərəfəsində baş tutub. Toplantıya BAF prezidentinin müşaviri Dominik Tilmans moderatorluq edib. 

Tədbiri açan BAF-ın prezidenti Kley Mouri 1950-ci ildən etibarən keçirilən Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyətindən danışıb. O, kosmos fəaliyyətinin yeni texnologiyaların inki­şafına, insanların həyat şəraitinin yax­şılaşmasına, iqtisadiyyatın, elmin və təhsilin tərəqqisinə təsiri barədə fikirlə­rini bölüşüb. O, tədbirin yüksək səviy­yədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 50 il bundan əv­vəl –1973-cü ildə Bakıda ümummilli li­der Heydər Əliyevin təşəbbüsü ilə 24-cüKonqres keçirilmişdi. Bu il ulu öndərin 100 illik yubileyinin qeyd edildiyi bir vaxtda ölkəmiz ən böyük kosmik ha­disəyə –74-cü Beynəlxalq Astronavti­ka Konqresinə 2023-cü ildə evsahibliyi edir. Bu, o deməkdir ki, Beynəlxalq Ast­ronavtika Konqresi yarım əsrdən sonra Azərbaycana qayıdır. Həm məzmunu­na, həm də iştirakçıların sayına görə bu konqresdə əvvəlkilərdən daha çox nümayəndə təmsil olunur. 

Qeyd edilib ki, Azərbaycanda astro­nomiya elminə olan maraq hələ qədim zamanlardan mövcuddur. Bölgəmizdəki ən böyük rəsədxanalardan biri Azərbay­candadır. 13-cü əsrin ortalarında Nə­sirəddin Tusi tərəfindən inşa edilən ast­ronomik rəsədxana dünya astronomiya elminin inkişafında özünəməxsus yer tutur. Otuz illik işğal başa çatdıqdan və Ermənistan tərəfindən Azərbaycan tor­paqlarında separatizmə son qoyulduq­dan sonra regionumuzda sülh naminə innovasiyaların, texnologiyaların tətbiqi üçün ən münasib vaxtdır. Bu gün Azər­baycan siyasi və iqtisadi cəhətdən sabit ölkədir. Biz dövlətimizi regionun enerji, nəqliyyat və kommunikasiya mərkə­zinə çevirə bildik. Hələ qədim İpək Yolu müasir Azərbaycandan keçərək ölkənin tarixini, mədəniyyətini və tolerant dün­yagörüşünü formalaşdırmışdır. 

Komitə sədri bildirib ki, kosmos bö­yük bir resursdur, peyk sənayesi elm və texnologiyanın, eləcə də rabitə zənciri­nin ayrılmaz hissəsidir. Azərbaycan ilk peykinin buraxılmasından – 2013-cü ildən sonra dünya kosmik klubunun fəal üzvü olub. Bir ölkə olaraq, sürətlə inki­şaf edən qlobal kosmik ekosistemin bir hissəsi olmaqdan və bu sektorun bütün dünyanın xeyrinə inkişafına töhfə ver­məkdən məmnunuq.

Daha sonra tədbirin moderatoru, BAF prezidentinin müşaviri Dominik Tilmans kosmos fəaliyyətinin insanların rifahının təmin, iqlim sahəsində risklə­rin idarə olunmasında, yeni iş yerlərinin açılmasında, ölkələrin təhlükəsizliyi­nin təmin edilməsində rolu, peyklərlə bağlı həllərin yerinə yetirilməsi barədə fikirlərini bölüşüb. O, ölkələrin kosmos sahəsindəki strategiyalarının müəyyən olunması baxımından bu görüşün əhə­miyyətini vurğulayıb.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər