“Gülüstan” sarayında Neftçilər Günü

post-img

“Gülüstan” sarayında Neftçilər Günü münasibətilə təntənəli mərasim keçirilib. Giriş nitqi ilə çıxış edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısı İlham Əliyevin Neftçilər Günü münasibətilə təbrikini iştirakçılara çatdırıb. 

İqtisadiyyat naziri ümummilli lider Heydər Əliyev tərə­findən əsası qoyulan və bu gün dövlət başçısı İlham Əli­yevin rəhbərliyi ilə uğurla davam etdirilən milli neft stra­tegiyasının ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini, iqtisadiyyatın dayanıqlı inkişafına təkan verdiyini, əhalinin maddi rifah səviyyəsinin yüksəl­məsində müstəsna rol oynadığını vurğulayıb. 

Energetika naziri Pərviz Şahbazov Ulu öndərin neft strategiyasının töhfələri olan layihələrin hər birinin bu gün ölkəmizin və tərəfdaşlarımızın enerji təhlükəsizliyinin, iq­tisadi uğurlarımızın mühüm mənbələri olduğunu diqqətə çatdırıb. BP şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun ümummilli lider Heydər Əliyevlə bir neçə dəfə görüşmək şərəfinə nail olduğunu, Ulu öndəri güclü və xa­rizmatik lider kimi xatırladığını ifadə edib. 

“Əsrin müqaviləsi”nin imzalanması prosesində “Equinor” şirkətinin Azərbaycan üzrə sabiq prezidenti Tor-İvar Pedersen çıxışında Ümummilli liderin Azərbaycanın enerji gələcəyinin formalaşmasında oynadığı mühüm rolun şahidi olduğunu qeyd edib. Ümummilli lider tərəfindən 2001-ci ildə təsis olunan Neftçilər Günü münasibətilə təbriklərini çatdıran SOCAR-ın prezidenti Rövşən Nəcəf Azərbaycan neftçilərinin ölkəmizin dayanıqlı inkişafında mühüm rol oynadıqlarını vurğulayıb.

SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə çıxışında Azərbaycan neft-qaz sənayesinin keçdiyi inkişaf yolundan, əldə olunan nailiyyətlərdən bəhs edib. 

Tədbirdə “Heydər Əliyev İli” çərçivəsində Rəqəm­sal İnkişaf və Nəqliyyat Nazirliyinin və SOCAR-ın birgə təşəbbüsü ilə Ulu öndərin 100 illik yubileyinə həsr olunan poçt markalarının dövriyyəyə buraxılması məqsədilə mö­hürlənmə mərasimi keçirilib. 

XQ

Son xəbərlər