Azərbaycan–Türkiyə hüquqi əlaqələri genişlənir

post-img

Ölkəmizdə səfərdə olan Türkiyənin ədliyyə nazirinin müavini Həsən Yılmaz ilə sentyabrın 18-də ədliyyə naziri Fikrət Məmmədovun görüşü keçirilib.

Azərbaycan–Türkiyə qardaşlıq və dostluq münasibətlərinin bu il 100 illiyini geniş qeyd etdiyimiz Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipi ilə uğurla inkişaf etdiyini bildirən nazir Pre­zident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən əlaqələrimi­zin Şuşa Bəyannaməsi imzalanmaqla müttəfiqlik səviyyəsinə yüksəldiyini vur­ğulayıb, xalqlarımızın daim bir-birinin yanında olduğunu qeyd edib.

Qədim köklərə malik xalqlarımız arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini söyləyən H.Yıl­maz bildirib ki, Türkiyə və Azərbaycan dövlət başçılarının şəxsi qardaşlıq mü­nasibətləri əməkdaşlığımızın inkişafına güclü təkan verir. 

Görüşdə müttəfiqlik münasibətlərin­də hüquqi əlaqələrin xüsusi yer tutdu­ğu, Ulu öndərin Türkiyəyə tarixi səfəri zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair imzalanmış Proto­kolun qarşılıqlı fəaliyyətin genişlənmə­sinə təkan verdiyi, müntəzəm qarşılıqlı səfərlərin bu məqsədə xidmət etdiyi vurğulanıb.

Məhkəmə-hüquq və ədliyyə, o cüm­lədən penitensiar sistemdə müasir çağırışlara uyğun aparılan islahatlar və tətbiq olunan yeniliklər barədə fikir mübadiləsi aparılaraq bu sahədə birgə tədbirlərin və təcrübə mübadiləsinin faydası qeyd edilib, əlaqələrin geniş­ləndirilməsinə maraq göstərilib. 

XQ

Son xəbərlər