Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əldə olunan razılığa əsasən sentyabrın 18-də səhər saatlarında Ağdam-Xankəndi yolunda komitəyə məxsus avtomobillərin keçidi təmin olunub.
XQ xəbər verir ki, BQXK-nın iki minik və bir yük avtomobili Ağdam-Xankəndi yolu ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə gedib. Avtomobillərdə aparılan yükün Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılması nəzərdə tutulub.
***
Həmin gün Laçın dövlət sərhədindəki buraxılış məntəqəsindən Xankəndi istiqamətinə BQXK-ya məxsus iki minik və humanitar yardım aparan bir yük avtomobilinin keçidi də təmin olunub. İki minik avtomobili və bir humanitar yüklü TIR maşını prosedurlara uyğun olaraq yoxlanıldıqdan sonra Xankəndi istiqamətində yola davam edib.
XQ

