Kuba ilə Azərbaycan arasında siyasi əlaqələr yaxşı səviyyədədir

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova Kuba Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Xalq Hakimiyyəti Milli Assambleyasının Sədri Xuan Esteban Lazo Hernandeslə görüşüb.

Parlamentin Mətbuat və ictimaiy­yətlə əlaqələr şöbəsindən verilən mə­lumata görə, Milli Assambleyanın Sədri Kuba Respublikasında keçirilən G77 və Çin Sammitində iştirakına görə Sahibə Qafarovaya təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycanla Kuba arasında dostluq münasibətləri mövcuddur. Bu il Kuba Respublikasının vitse-prezi­denti Salvador Antonio Valdes Mesa­nın Azərbaycana səfəri zamanı yüksək səviyyəli qonaqpərvərlik göstərilməsi bunun əyani sübutudur. Qeyd olunub ki, son illər Kubadan Azərbaycana rəsmi səfərlər artıb. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümü tamam olub. Azərbay­can və Kubanı ənənəvi dostluq müna­sibətləri birləşdirir. Ölkələrimiz arasın­da siyasi əlaqələr yaxşı səviyyədədir. O, Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində Kubaya dəstəyinin ölkəsi tərəfindən çox yüksək qiymətləndirildi­yini xüsusi vurğulayıb. 

Bu il Azərbaycanda Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu diqqətə çat­dırılıb və Kuba Respublikasının keçmiş rəhbəri Fidel Kastro ilə ulu öndər Heydər Əliyev arasındakı dostluq münasibətləri xatırlanıb. Görüşdə 1970-80-ci illərdə Azərbaycanda kubalı tələbələrin təhsil aldığı qeyd edilərək, bunun xalqlarımız arasında dostluq münasibətlərinin göstə­ricisi olduğu diqqətə çatdırılıb. Həmçinin, bildirilib ki, Azərbaycanın Kubada səfir­liyinin açılması bu ölkədə məmnunluqla qarşılanıb və bunun münasibətlərin inki­şafına təkan verəcəyi deyilib.

Kuba hökumətinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğu nəzərə çatdırılıb, ikitərəfli münasibət­lərin dərinləşməsində səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə əməkdaş­lıq üçün geniş imkanların mövcudluğu qeyd olunub. Görüş zamanı Kuba parla­mentinin də, öz növbəsində, bu məsələ­də öz dəstəyini əsirgəməyəcəyi diqqətə çatdırılıb. Parlamentlərarası əlaqələ­ri inkişaf etdirmək məqsədilə parla­mentlərin dostluq qruplarının qarşılıqlı səfərlərinin təşkil olunması, əlaqələrin genişləndirilməsi, komitələr arasında münasibətlərin inkişafının mümkünlüyü vurğulanıb.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Sahibə Qafarova Kubanın evsahibliyi etdiyi sammitin əhəmiyyətini qeyd edərək bil­dirib ki, G77 çoxtərəfli əməkdaşlıq və üzv dövlətlərin qarşılıqlı dəstəyi üçün mühüm platformadır. Eyni zamanda, bu sammit ikitərəfli münasibətlərə dair məsələlərin müzakirəsi üçün yaxşı für­sətdir. O, bu səfərin ölkələrimiz və xalq­larımız arasında dostluq münasibətləri­nin daha da möhkəmləndirilməsinə və genişlənməsinə töhfə verəcəyinə əmin­liyini bildirib. 

S.Qafarova bildirib ki, Azərbaycan və Kuba beynəlxalq təşkilatlarda, o cümlədən, BMT və Qoşulmama Hərə­katında həmişə bir-birini dəstəkləyirlər. O cümlədən Kubanın Azərbaycanın Qo­şulmama Hərəkatına sədrliyi çərçivə­sində irəli sürdüyü təşəbbüsləri həmişə dəstəklədiyi qeyd edilib. 

Parlamentin Sədri qarşı tərəf, həm­çinin regionda mövcud olan vəziyyət, Azərbaycanın sülh təşəbbüsləri, Ermə­nistanın hərbi-siyasi təxribatları barədə də geniş məlumat verib.

Əliqismət BƏDƏLOV

XQ

Son xəbərlər