Sentyabrın 15-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Bakı şəhərinin azad edilməsinin 105 illiyi ilə əlaqədar olaraq "Türk Şəhidliyi" abidəsini ziyarət edib.
Bu barədə XQ-yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Abidə qarşısına Müdafiə Nazirliyi adından qızılgül çələngi qoyulub, qərənfillər düzülüb və şəhidlərin xatirəsi ehtiramla yad edilib.