“Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti”

post-img

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Dağ Yəhudiləri­nin Beynəlxalq Xeyriyyə Fondu "STMEGI" və İsraildəki Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin (Dahan Centre) birgə layihəsi olan "Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti" mövzusunda beynəlxalq elmi konf­rans keçirilir.

Azərbaycan Dillər Universitetinin rek­toru, akademik Kamal Abdulla qeyd edib ki, bugünkü konfrans elmi cəhətlərinə görə vacib əhəmiyyətə malikdir. Bu gün Azərbaycan və İsrail münasibətləri üçün xüsusi bir gündür. Çünki konfrans elmi, mədəni və siyasi mahiyyətinə görə əhə­miyyətlidir. Vurğulayıb ki, ölkəmizdə tarix boyu yəhudilər yaşayıblar. Bu səbəbdən də iki ölkənin tarixində, mədəniyyətində oxşarlıqlar var. 

Bar-İlan Universitetinin nəzdində Da­han Mərkəzinin direktoru Şimon Ohayon bildirib ki, Azərbaycan Dillər Universiteti ilə Bar-İlan Universiteti arasında əmək­daşlıq əlaqələri qurulur. Bu da universi­tetlər arasındakı münasibətləri yaxşılaş­dıracaq. 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsə­nov deyib ki, Azərbaycanda yəhudi icma­sı min illər boyu yaşayıb. Biz ölkəmizdə yəhudi irsini və mədəniyyətini qoruyuruq. Azərbaycanda yəhudi icmasına qarşı heç bir ayrı-seçkiliyin olmadığını söyləyən ic­raçı direktor bildirib ki, bu il noyabrın ayın­da ilk dəfə olaraq Hahamların konfransı keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Dillər Uni­versitetində reallaşan konfransda Azər­baycan, İsrail, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən 60-dan çox tədqiqatçı-alim iştirak edib.

XQ

Son xəbərlər