Erməni futbolçular saxlanma şəraitindən razıdırlar

post-img

Ombudsman Səbinə Əliyeva və Milli Preventiv Qrupun ixtisasca həkim və psixoloq üzvləri “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılan və 10 gün müddətinə inzibati qaydada həbs olunan üç nəfər – Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryanla görüşüb. 

Ombudsman konfidensial qəbul zamanı həmin şəxslərin beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqla­rının təmini vəziyyətini öyrənib və mü­raciətlərini dinləyib. Eyni zamanda, on­ların saxlanıldığı kameraya və gəzinti yerinə baxış keçirilib, saxlanma şəraiti­nin standartlara uyğun olduğu müəyyən edilib.

Qəbul edilmiş şəxslər saxlanma şə­raitindən, onlarla rəftardan, qidalanma­dan, habelə tibbi-psixoloji yardımdan razılıqlarını bildiriblər. Başçəkmənin gedişində onların həmin şəxslərin ailə üzvləri ilə telefon danışığı da təmin edi­lib. 

XQ

Son xəbərlər