13 ailənin də Laçın həsrətinə son qoyuldu

post-img

Dünən Laçına növbəti köç prosesi gerçəkləşib. Bakının Qaradağ rayonundakı “Qobu Park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələr doğma elinə qovuşmağın sevincini yaşayıb.

Bununla da Laçın şəhərində 247 ailə, yəni 956 nəfərin daimi məskunlaş­ması təmin edilib. Qeyd edək ki, köçü­rülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən ti­kilən evlərdə məskunlaşması üçün bü­tün şərait yaradılıb.

XQ

Son xəbərlər