Ermənistan Ağdam–Laçın yolunun açılmasına əngəl yaradır

post-img

Avqustun 29-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında regi­ondakı vəziyyət, Ağdam–Xankəndi və Laçın–Xankəndi yollarının açılması məsələsi müzakirə olunub. 

Dövlətimizin başçısı bildirib ki, Ağ­dam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsin­də yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsə­dilə istifadə edilir. 

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan və qondarma rejim Bey­nəlxalq Qırmızı Xaç Komitəsinin vasitə­çiliyi ilə Ağdam–Xankəndi yolu ilə yük­lərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi is­tiqamətində humanitar təyinatlı olduğu­nu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir.

Dövlətimizin başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin təmsilçilə­rinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbay­canın digər şəhərlərinə dəvət etdiyini, ancaq onların bundan da imtina etdiklə­rini və məqsədyönlü şəkildə vəziyyətin, guya, humanitar gərginlik xarakteri da­şıdığını təqdim etməyə çalışdıqlarını bil­dirib. Prezident İlham Əliyev qeyd edib ki, Ağdam–Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın–Xankəndi yolundan istifadə edilə bilər. 

Eyni zamanda, Prezident İlham Əli­yev bu gün Azərbaycan Qızıl Aypara Cə­miyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırılması üçün avtomobil karvanının yola düşdüyünü qeyd edib. 

Prezident Emmanuel Makron vəziy­yətin sabitləşdirilməsi və mövcud gərgin­liyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır ol­duğunu bildirib, Fransanın və Azərbay­canın aidiyyəti qurumlarının təmasları­nın davam etdirilməsini təklif edib.

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Son xəbərlər