Azərbaycanda zəlzələ baş verib

post-img

Avqustun 23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Res­publika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 01:23-də qeydə alınan zəlzələnin maqnitudası 5-ə bərabər olub.

Ocağı 13 kilometr dərin­likdə yerləşən yeraltı təkanlar episentrdə 4 baldan çox, ətraf rayonlarda isə 3-4 bala qədər hiss olunub.

“Xalq qəzeti”

Son xəbərlər