Milli Məclisin Sədrindən rusiyalı həmkarlarına başsağlığı

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində baş vermiş insan tələfatı ilə bağlı rusiyalı həmkarlarına başsağlığı verib.

Milli Məclisin Sədri bununla bağlı Rusiya Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinə, Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dağıstan Xalq Məclisinin sədri Zaur Askenderova başsağlığı məktubu göndərib.

Son xəbərlər