MN: Avropa İttifaqının müşahidəçilərinə və avtomobilinə atəş açılmayıb

post-img

Avqustun 15-də saat 12:20 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumat həqiqətə uyğun deyil, qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Müdafiə Nazirliyinin mətbuat xid­mətindən bildirilib ki, Avropa İttifaqının müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vax­tı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də avtomobillərin markası və nömrə nişanları Azərbay­can tərəfinə əvvəlcədən təqdim edi­lir. Azərbaycan Ordusunun bölmələri missiyanın səfərləri barədə məlumat­lıdır.

Bu səbəbdən də Ermənistan mü­dafiə nazirliyinin iddia etdiyi belə halın baş verməsi nəzəri və praktiki baxım­dan qeyri-mümkündür.

Son xəbərlər