İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

post-img

İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin “X” sosial media platformasında Azərbaycan ərazilərində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma separatçı rejimi dəstəkləyən təxribat xarakterli paylaşımı ilə əlaqədar, İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisia Serrano Sançez Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüşdə Ermənistanın Azərbay­canın suveren ərazisində qurduğu qanunsuz separatçı rejimi təbliğ edən paylaşımının qəbuledilməz olduğu və öz ərazisində separatizmlə mübarizə aparan İspaniya kimi ölkə tərəfindən belə bir addımın atılmasının anlaşıl­maz olduğu vurğulanıb. Bu qeyri-kons­truktiv yanaşmanın Azərbaycan–İspa­niya münasibətlərinin ruhuna uyğun gəlmədiyi və Azərbaycan tərəfindən qətiyyətlə pislənildiyi diqqətə çatdırılıb.

İspaniyanın müvəqqəti işlər vəkili ölkəsinin davamlı olaraq Azərbaycan Respublikasının suverenliyini və əra­zi bütövlüyünü dəstəklədiyini və bu mövqedə heç bir dəyişikliyin baş ver­mədiyini bildirib. Sözügedən paylaşı­mın texniki nöqsan olduğunu deyən ispan diplomat bu səbəbdən də Azər­baycan tərəfinin narahatlığını ifadə et­məsindən dərhal sonra həmin paylaşı­mın silindiyini diqqətə çatdırıb.

Azərbaycan tərəfi belə halların bir daha təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsinin vacib olduğu­nu bildirib.

“Xalq qəzeti”

Son xəbərlər