Regiondakı vəziyyət müzakirə edilib

post-img

Dünən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. 

Telefon danışığı zamanı, Azərbaycan və Rusiya ara­sında mövcud əməkdaşlıq gündəliyi, Azərbaycan və Ermənistan arasında nor­mallaşma prosesi, habelə regionda cari vəziyyət mü­zakirə edilib. 

Nazir Ceyhun Bayramov Ermənistanın beynəlxalq hüquq normaları və prin­siplərinə zidd olaraq, Azər­baycana qarşı hərbi-siyasi təxribatlarını intensivləşdir­məsinin iki ölkə arasında mövcud normallaşma pro­sesinə ciddi zərbə vur­duğunu diqqətə çatdırıb. Bölgədə guya “gərgin hu­manitar vəziyyət”, “bloka­da”nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın, ermə­ni sakinlərin tələbatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlə­rin həll olunması üçün əldə olunmuş razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneçilik törətdi­yi bildirilib.

Nazir Sergey Lavrov Azərbaycan, Rusiya və Er­mənistan liderləri tərəfin­dən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla təsbit olunmuş öhdəliklərə sadiqliyin vacib­liyini qeyd edib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər