Norveç nəşri: Azərbaycan ermənilərin bütün ehtiyaclarını ödəməyə hazırdır

post-img

Norveçin nüfuzlu “Aftenposten” nəşrində dərc olunan “Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülür” sərlövhəli məqalədə Qarabağdakı ermənilərin guya “humanitar fəlakət”lə üzləşmələri barədə erməni yalanlarından bəhs edilib. 

Məqalənin müəllifi, Norveçdə fəaliyyət göstərən “Can” diaspor təşkilatının sədri Şervin Nəcəfpurun qələmə aldığı yazıda “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılmasından sonra Qarabağdakı ermənilərin guya blokadada qalmaları barədə əsassız iddiaları müəllifin topladığı, Qarabağdakı ermənilərin gündəlik həyatları ilə bağlı sosial şəbəkələrdəki paylaşımları ilə alt-üst edilib. Yazıda vurğulanıb ki, Azərbaycana qarşı guya Qarabağdakı erməni əhalisini qida, su, dərman, yanacaq və elektrik enerjisi ilə təmin olunmadan dünyanın qalan hissəsindən təcrid etməsi ilə bağlı əsassız ittihamlar irəli sürülür. Lakin Azərbaycan ermənilərin bütün ehtiyaclarını ödəməyə hazırdır. Azərbaycan Qarabağa malların daşınması üçün Ağdam rayonu ilə Xankəndi arasındakı açıq yoldan istifadə olunmasını təklif edir. Lakin bu təklifi qəbul etməyən ermənilərin “humanitar böhran” və “blokada” iddialarının sırf siyasi manipulyasiya olduğu xüsusi vurğulanıb. Ermənistan KİV-lərinin, eləcə də ermənilərin bəzi havadarlarının da bu siyasi manipulyasiyalardan faydalanmağa və erməni yalanlarını daha da şişirtməyə çalışdıqları bildirilib. 

Ş.Nəcəfpurun Qarabağın erməni sakinlərinin gündəlik həyatları ilə bağlı sosial şəbəkələrdən topladığı paylaşımlar onların “blokada” şəraitində yaşamaları, “humanitar fəlakət” ilə üzləşdikləri yalanlarını tamamilə ifşa edir. “Xankəndi mənim sosial mediadakı axtarışlarıma əsaslansaq, arzulanan yer kimi görünür. Ümid edirəm ki, norveçli jurnalistlər araşdırma aparmaq üçün təşəbbüs göstərəcəklər”, – deyə Ş.Nəcəfpur məqalədə vurğulayıb.

Son xəbərlər