Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauriyə başsağlığı məktubu göndərib.
Bu barədə "Qafqazinfo"ya FHN-dən bildirilib.
Nazir Raça regionunun Şovi bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.

