FHN-in Akademiyasının məzunları vəzifələrə təyin olundu

post-img

Avqustun 3-də Fövqəladə Hallar Nazirliyində FHN-in Akademiyasını bitirən məzunların Nazirlik sistemində mövcud müvafiq vakant vəzifələrə püşkatma yolu ilə təyinatı olub.

Nazir Kəmaləddin Heydərov zabit rütbəsinə layiq görülərək püşkatma yolu ilə vəzifələrə təyin olunan gəncləri təb­rik edib, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. 

Sonra 2023-cü ildə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında əyani təhsi­lini bakalavriat səviyyəsində başa vuran 100 məzun və magistratura səviyyəsində başa vuran 15 məzun vakant vəzifələrin yer aldığı qapalı zərfləri çəkməklə püş­katma yolu ilə FHN sistemində müxtəlif vəzifələrə təyin ediliblər.

“Xalq qəzeti”

 

Son xəbərlər