MEDİA Şuşa Forumu ilə bağlı kampaniyanı pisləyib

post-img

Medianın İnkişafı Agentliyi Şuşada keçirilmiş “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun iştirakçılarına qarşı sosial şəbəkələrdə aparılan təhdid kampaniyası ilə bağlı bəyanat yayıb. 

Bildirilib ki, Forumun keçirilməsində məqsəd, az qala, işıq sürəti ilə yeniləşən, texnoloji innovasiyalara şahidlik edən dünyamızda insanlara ictimai əhəmiyyətli xəbərlər verən jurnalistikanın gələcək in­kişaf istiqamətlərini müzakirə etmək olub. Lakin təəssüflər olsun ki, onun mahiyyəti­ni bilərəkdən siyasiləşdirməyə çalışan Er­mənistan hökuməti və ona yaxın dairələr öz məhdud merkantil maraqlarından çıxış edərək bu mötəbər tədbirdə iştirak etmiş yüksək səviyyəli ekspertlər, beynəlxalq ic­timai rəydə nüfuza malik olan jurnalistlər haqqında sosial şəbəkələrdə qarayaxma və nifrət kampaniyası aparır, onların re­putasiyasına kölgə salmağa cəhd edərək media etikası ilə heç bir halda uyuşma­yan mövqe sərgiləyirlər. 

“Biz Medianın İnkişafı Agentliyi ola­raq Azərbaycan jurnalistləri adından belə qarayaxma kampaniyasını pisləyir, bunu azad sözə və jurnalistikaya qarşı terror kimi qiymətləndirir, peşəkar prinsipləri rəh­bər tutaraq keçirilmiş və yalnız müasir me­dianın problemlərinə, inkişaf perspektivlə­rinə həsr olunmuş Forumun nifrət nitqinə alət edilməsinin yolverilməz olduğunu bə­yan edirik”, – deyə bəyanatda qeyd olunur.

“Xalq qəzeti”

Son xəbərlər