Amerikalı jurnalistlər Quba Soyqırımı Kompleksində

post-img

Azərbaycanda səfərdə olan bir qrup amerikalı jurnalist və media eksperti avqustun 3-də Qubada dağ yəhudilərinin yığcam şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə və Quba Soyqırımı Memorial Kompleksində olublar.

Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə ölkəmizə gələn amerikalı jurna­listlər Qırmızı Qəsəbədəki sinaqoqlar və Ümumdünya Dağ Yəhudilərinin Tarix-Et­noqrafiya Muzeyi ilə tanış olublar. Qonaq­ların diqqətinə çatdırılıb ki, Qırmızı Qəsə­bə dünyada İsraildən sonra yəhudilərin ən yığcam yaşadıqları nadir məkandır. “Qafqazın Yerusəlimi” adlandırılan qəsə­bədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. 

Quba Soyqırımı Memorial Kompleksi­ni ziyarət zamanı isə amerikalı jurnalist və media ekspertləri ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandı­rılıb. Bildirilib ki, kütləvi məzarlıq 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı nəticəsində yaranıb və uzun illərdən sonra ərazidə baş vermiş uçqun zamanı aşkar edilib.

“Xalq qəzeti”

Son xəbərlər