Dövlət informasiya sistemində təhlükəsizlik nöqsanları

post-img

Bu ilin 1-ci yarımilində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumlarında aparılan audit yoxlamaları və monitorinq nəticəsində 373 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilib, audit hesabatları hazırlanıb, tövsiyələrlə bərabər aradan qaldırılması üçün müvafiq qurumlara təqdim edilib.

Qeyd edilib ki, 2022-ci ilin eyni dövrü ərzində dövlət qurumlarında aparılan au­dit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 221 dövlət informasiya sis­temində təhlükəsizlik boşluqları və nöq­sanları aşkar edilərək müvafiq qurumlara xəbərdarlıqlar edilib.

Xüsusi Rabitə və İnformasiya Təh­lükəsizliyi Dövlət Xidmətinin CERT Mərkəzi tərəfindən 2014-cü ildən istifa­dəyə verilmiş “elektron sorğu sistemi” va­sitəsilə dövlət qurumlarından 1-ci yarımil ərzində 3650 sorğu qəbul edilərək zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

“Xalq qəzeti”

Son xəbərlər