Serbiya ölkəmizin enerji resurslarına ümidlə baxır

post-img

Serbiyanın “RTS” radio-televiziya kanalında Azərbaycanın enerji resurslarının bu ölkəyə mümkün idxalının əhəmiyyətindən bəhs edən reportaj yayımlanıb.

Reportajda zəngin enerji ehtiyatları­na malik Azərbaycan ilə Serbiya arasın­da strateji tərəfdaşlığın mövcud olduğu bildirilir. Qeyd olunur ki, iki ölkə arasın­da bu vaxtadək 40-dan çox beynəlxalq müqavilə imzalanıb. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 56 milyon ABŞ dolları təşkil edib. Serbiya ilə Azərbaycan yol infrastrukturu sahəsində intensiv əməkdaşlıq həyata keçirir.

Videosüjetdə azərbaycanlı ekspert­lərin fikirlərinə də yer verilib. Vurğulanıb ki, Azərbaycanın zəngin potensiala malik olduğu sahələrdən biri də “yaşıl enerji”dir. Artıq Macarıstan, Rumıniya kimi bir çox Avropa ölkəsi Azərbaycan ilə “yaşıl ener­ji”nin istehsalı və nəqlinə dair əməkdaşlıq edir. Serbiya Azərbaycanın təbii qaz və elektrik enerjisi ilə bağlı böyük potensiala malik olduğunu görür və gələcəkdə bu re­surslara ümid bəsləyir. 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev kanalın jurnalisti ilə söhbətində bildirib ki, ölkələrimiz artıq keçid dövrünü geridə qoyub. Serbiya keçmiş Yuqoslavi­yanın tərkibində özəl sektorda daha çox­şaxəli iqtisadi infrastruktura malik ölkə olub. 

Reportajda, həmçinin Serbiya ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın perspektivləri də qeyd olu­nub. 

“Xalq qəzeti”

Son xəbərlər