Ermənistan Azərbaycana qarşı nifrət və dözümsüzlük siyasətini davam etdirir

post-img

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistanın ölkəmizə qarşı nifrət və dözümsüzlük siyasətinə münasibət bildirib. 

Ombudsmanın məsələ ilə bağlı açıq­lamasında deyilir: “Son günlər sosial şə­bəkələrdə erməni istifadəçilər tərəfindən azərbaycanlılara qarşı nifrət dolu təhqir­ləri əks etdirən mesajlar bir daha onu göstərir ki, Ermənistanın siyasi rəhbərliyi Azərbaycana qarşı nifrət və dözümsüzlük siyasətini davam etdirməkdədir.

Əvvəlki bəyanatlarımızda da qeyd et­diyimiz kimi, Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquqlarının təmin edilməsi məsələsi Azərbaycan dövlətinin yurisdiksiyasındadır.

Ermənistan ombudsmanının bu məsələ ilə bağlı əsassız iddiaları tama­milə yersizdir və başqa ölkənin suveren­liyinə müdaxilədir.

Bütün bunlara baxmayaraq, Ermənis­tan siyasi rəhbərliyinin dəstəyi ilə mətbu­atda hadisələrin qərəzli şəkildə şişirdil­məsi, insanlar arasında nifaq salınması regionda dayanıqlı sülh prosesinə mane olur və eyni zamanda, mövcud vəziyyətin daha da gərginləşməsinə xidmət edir”. 

“Xalq qəzeti”

Siyasət