“Ulduz” jurnalının yeni sayı

post-img

Azərbaycan Yazıçılar Birliyinin orqanı olan “Ulduz” jurnalının iyul-avqust nömrəsi çapdan çıxıb.

Oxucular dərgidə ilk olaraq Ni­gar Arifin özü ilə söhbətini və şeirlə­rini oxuyacaqlar. “Nəsr” rubrikasın­da Alpay Azər, Məmməd Məmmədli, Könül Məmmədova, Murad Köh­nəqala, Mahir Rəsuloğlu, Vüsal Ba­ğırlının hekayələri, Ayna Əhmədli və Arzu Muradın silsilə esseləri təqdim olunur. Bu rubrikada, həmçinin Mir Cəlal Paşayevin anadan olması­nın 115 illiyinə həsr edilmiş hekayə müsabiqəsi qaliblərinin ədəbi nü­munələri də yer alıb.

Nəşrin "Şeir vaxtı", "Yazı masa­sı", "Gənc yazarlar üçün nəzəriyyə dərsi", "Sələf-xələf" rubrikalarında maraqlı materiallar verilib.

"Dərgidə kitab"da Əvəz Qur­banlının şeirləri, "Dərgidə sərgi"də isə qrafik-rəssam Mayis Həsənlinin əsərləri təqdim olunub.

“Xalq qəzeti”

Son xəbərlər