Serbiyanın “RTS” kanalı Ağdamdan reportaj yayımlayıb

post-img

Reportajda Ağdamın Qarabağ iqtisadi rayonunun minalarla ən çox çirklənmiş şəhəri olduğu, minaların onilliklər sonra da təhlükə yarada biləcəyi bildirilir. 

Vurğulanır ki, müharibə başa çat­sa da, regionda minalarla bağlı təhlükə bitmir. Qarabağ iqtisadi rayonunun ən böyük şəhəri olan Ağdamda həyatın ye­nidən bərpası üçün minatəmizləmə işləri fasiləsiz həyata keçirilir. 2020-ci ilin no­yabrından bu vaxtadək on minlərlə mina və partlayıcı sursat məhv edilib. Bununla belə minatəmizləmə prosesi hələ uzun müddət davam edəcək. 

“Təxmini vaxt demək çətindir. Çünki ərazi tamamilə minalarla çirklənib. Bəzi bölgələrin təhlükəli olmadığını düşünür­sən, lakin qazmağa başlayanda minalarla rastlaşırsan və onların sayı gözləniləndən çoxdur. Biz minatəmizləmə əməliyyatla­rına başlayanda cəmi 40-a yaxın isteh­kamçı var idi. İndi isə maşınlardan və xüsusi təlim keçmiş itlərdən istifadə edən 250-dən çox insan ərazidə işləyir”, - deyə Azərbaycan Respublikasının Minatəmiz­ləmə Agentliyinin (ANAMA) əməkdaşı Xaliq Zülfüqarov deyib.

Reportajda pilotsuz uçuş aparatları vasitəsilə yerin səthinə yaxın və ya yerdə olan partlayıcı qurğuların aşkarlandığı bil­dirilir, minatəmizləmə prosesinin isə illər çəkəcəyi qeyd olunur. Həmçinin vurğula­nır ki, 2020-ci ildən indiyədək Qarabağda mina və partlayıcı qurğular nəticəsində həlak olanlar arasında hərbi qulluqçularla yanaşı, mülki şəxslər də var. 

“Xalq qəzeti”

Son xəbərlər