Gömrük ödənişləri artıb

post-img

Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən bu ilin ilk 6 ayında 41 milyon 650 min manat məbləğində gömrük ödənişləri top­lanılıb. Toplanılan gömrük ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 23 milyon 632 min manat və ya 131 faiz artıq olub. 

2023-cü ildə müəyyənləşdirilən 53 milyon 278 min manat proq­noza qarşı cari ilin birinci yarısı ərzində 36 milyon 22 min manat vəsaitin toplanaraq təyinatı üzrə köçürülməsi təmin edilib. Bu ilin 6 ayında toplanılan vəsaitin 5 milyon 628 min manatı muxtar respubli­kanın büdcəsinə köçürülüb.

Səbuhi HƏSƏNOV, “Xalq qəzeti”

Son xəbərlər