5 min daşınmaz əmlak dövlət qeydiyyatına alınıb

post-img

Muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Döv­lət Xidmətindən verilən məlumata görə, yanvar–iyun ayları ərzində muxtar res­publika üzrə 4 min 869 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qey­diyyatına alınıb. 

Bu rəqəm əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36,6 faiz çoxdur. Ümumi göstəricinin 1700-ü və ya 35 faizi ilkin, 3 min 169-u və ya 65 faizi təkrar qeydiyyatın payına düşüb.

I yarımil ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlak obyektlərindən 1963-ü fərdi yaşayış evi, 1602-si torpaq sahəsi, 910-u mənzil, 167-si qeyri-yaşayış sahəsi, 157-si qeyri-yaşa­yış binası, 66-sı əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtə­bəli yaşayış binası olub.

Səbuhi HƏSƏNOV, “Xalq qəzeti”

Son xəbərlər