Kənd Təsərrüfatı Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş olub

post-img

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

Nazir Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Nazirliyin beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu deyən nazir bildirib ki, ərzaq təhlükəsizliyinin, o cümlədən ölkə əhalisinin keyfiyyətli, sağlam ərzaq məhsulları ilə təmin olunması və kənd yerlərinin inkişafı aqrar siyasətin prioritet istiqamətlərindəndir. 

Vladanka Andreyeva Azərbaycanla əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. O, Azərbaycanın BMT-nin Qida Sistemləri Sammitində fəal iştirakının təqdirəlayiq olduğunu vurğulayıb.

Son xəbərlər