Prezidentin xüsusi nümayəndəsinin QDF dostları ilə görüşü

post-img

Dünən Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun iştirakı ilə Fondun donor və tərəfdaşları olan aparıcı ölkə şirkətlərinin və ictimaiyyətin nümayəndələri arasında görüş keçirilib.

 Toplantıda Qarabağda həyata keçirilən bərpa və quruculuq prosesi, bu sahədə biznes, cəmiyyət və dövlət strukturları arasında əməkdaşlığın inkişafı, keçmiş məcburi köçkünlərin Qarabağa qayıdışı və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov “Qarabağ: Yenidənqurma və inkişaf, regionun investisiya imkanları” mövzusunda təqdimatla çıxış edib. Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev aparılan bərpa və yenidənqurma işlərinin sürətlə davam etdiyini, QDF-in donorların bu prosesə öz töhfəsini verdiyini söyləyib. 

Sonra görüş müzakirələrlə davam edib. 

“Xalq qəzeti”

 



Son xəbərlər