Mina qurbanları ictimai dəstək layihələrini yüksək qiymətləndirirlər

post-img

Faza 2” layihəsi yoxsulluğun azaldılması, gender bərabərliyi, uşaqların müdafiəsi və sağlamlığı kimi bir neçə əsas sektoru əhatə etmək potensialına malikdir. Ailə gəlirlərinin artması onlar üçün səhiyyə, təhsil, qidalanma və s. kimi daha yaxşı imkanlara səbəb olacaq, özəl sektorun və kiçik biznesin inkişafı və icmalarda iş yerlərinin yaradılmasına gətirib çıxaracaq.

Bu sözləri “Xalq qəzeti”nə açıqlamasında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyinin sədri Hafiz Səfixanov dedi.

O bildirdi ki, layihə çərçivəsində keçirilmiş görüşlərdə mina qurbanları və onların ailə üzvləri belə layihələrin keçirilməsini yüksək qiymətləndirib, layihənin icrasına maliyyə yardımı ayırmış donora minnətdarlıq bildiriblər. Onlar kənd təsərrüfatının müxtəlif sahələri üzrə, o cümlədən də maldarlıqla, heyvandarlıq və quşçuluq yeminin istehsalı və satışı ilə məşğul ola biləcəklərini, bu sahələr üzrə konkret layihələrinin olduğunu və bunun üçün ilkin maliyyə vəsaitinə ehtiyac olduğunu bildiriblər.

“Hər rayondan bir nəfər olmaqla beş nəfər mina qurbanına onların özlərinin istədikləri kiçik bizneslə məşğul olmaq üçün lazım olan bütün mal və avadanlıqlar verilib. Layihənin benefisiarlarının hamısı müharibədən sonra mina partlayışlarına məruz qalmış mülki şəxslərdir. Bir neçə monitorinq aparılmış və məlum olmuşdur ki, benefisiarlar öz bizneslərinə bağlıdırlar və gələcəkdə böyük nəticələr əldə edə bilərlər”, - deyə Hafiz Səfixanov fikirlərinə əlavə etdi.  

İctimai birliyin sədri Azərbaycandakı mina qurbanlarının sayını nəzərə alaraq inanır ki, digər donor təşkilatlar da bu tip layihələrə maliyyə dəstəyi verəcək və bununla da digər rayonlardan olan mina qurbanlarına və müharibə əlillərinə də iqtisadi imkanların yaradılması mümkün olacaq.

Rizvan FIKRƏTOĞLU,
"Xalq qəzeti"

Son xəbərlər