Litvalı jurnalist: Ermənistan Xocalıda soyqırımı törətdiyini etiraf etməlidir

post-img

Azərbaycan və Ermənistan arasında sülh yalnız Ermənistanın Xocalıda dinc sakinlərin kütləvi şəkildə öldürülməsinə görə məsuliyyəti üzərinə götürməsindən sonra əldə oluna bilər.

Bu barədə “Anadolu”ya Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycanın Qarabağdakı Xocalı şəhərində törətdiyi qətliamın şahidi olmuş litvalı jurnalist Rikardas Lapaytis bildirib. 

Onun fikrincə, dünya KİV-i Xocalı haqda təkcə yazmamalı, həm də bütün səsi ilə qışqırmalıdır ki, bu dəhşətli cinayəti törədənlər, eləcə də Serj Sarkisyan indiyədək cəzasını almayıb.

Lapaytis deyib ki, qurbanlar arasında çoxlu qadınlar, uşaqlar və qocalar olub. 

Litvalı jurnalist Xocalı soyqırımı zamanı regionda olub və bu barədə həqiqəti dünyaya çatdırıb. O, faciədən 31 il sonra Şuşa Qlobal Media Forumunda iştirak etmək üçün yenidən Azərbaycana gəlib.

Onun sözlərinə görə, Xocalı qətliamı günlərində regionda jurnalist olmayıb, o isə hadisədən az sonra Ağdama gəlib. Ağdama gətirilən meyitləri görəndə bu səhnədən dəhşətə gəlib: “Mən müasir dövrdə faşizmlə qarşılaşacağımı düşünmürdüm”...

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

Son xəbərlər