Din pərdəsi altında təxribatlar yolverilməzdir

post-img

Dünən Gəncə şəhərində din–dövlət münasibətlərinin tənzimlənməsinə həsr olunmuş “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans öz işinə başlayıb.

Məclisi giriş sözü ilə açan Gəncə ŞİH-nin başçısı Niyazi Bayramov vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin böyük dövlət idarəçiliyi təcrübəsi, yüksək bacarığı, uzaq­görən siyasəti sayəsində dövlət-din münasibətlərinin düz­gün qurulması üçün zəruri addımlar atılıb. Ulu öndərin bu sahədə həyata keçirdiyi siyasəti Prezidentimiz İlham Əliyev uğurla davam etdirir.

Dini Qurumlarla İş Dövlət Komitəsinin sədr müavini Sa­hib Nağıyev bildirib ki, bəzən din altında ölkə əleyhinə, döv­lətçiliyə qarşı təxribat xarakterli işlər görənlər olur. Dini siya­siləşdirərək təsir mexanizminə çevirirlər. Bu cür təxribatlara əl atanlar vaxtında dəqiqləşdirilir və onların barəsində müva­fiq tədbirlər görülür.

Diqqətə çatdırılıb ki, Dövlət Komitəsi ölkəmizdə döv­lət–din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi məqsədilə müxtəlif formatlarda silsilə maarifləndirici tədbir­lər təşkil edir.

Bu işdə müvafiq qurumlar, yerli icra hakimiyyəti orqanla­rı ilə də yaxından əməkdaşlıq edilir.

Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitə­sinin sədri Musa Quliyev müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin xilası naminə mi­silsiz fədakarlıq nümayiş etdirdiyini bildirib. Millət vəkili Ulu öndərin bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldığını, eləcə də dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdiyini diqqətə çatdırıb. 

“Xalq qəzeti”

Son xəbərlər