Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müşavirəsi

post-img

İyulun 19-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 2023-cü ilin birinci yarısında korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal­dan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğ­ma yurd-yuvalarına qayıdışı, bu is­tiqamətdə görülən sistemli işlərdən bəhs edərək, paralel olaraq yeni­dənqurma və bərpa işlərində Birin­ci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da yaxından işti­rak etdiyini xüsusilə vurğulayıb.

Baş prokuror ötən yarımildə cinayətkarlıqla mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Baş İdarənin Baş Pro­kurorluğun aidiyyəti struktur qu­rumları ilə birgə effektiv və səmərə­li fəaliyyət göstərdiyini vurğulayıb.

Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müa­vini - Baş prokuror yanında Korrup­siyaya qarşı Mübarizə Baş İdarə­sinin rəisi Nazim Rəcəbov Baş İdarədə baxılmış müraciətlər, ci­nayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcı tədbirlər, onların müsbət nəticələri və digər əhəmiyyətli məlumatları müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

 

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər