Beyin xərçənginin müalicəsi üçün effektiv üsul hazırlanıb

post-img

ABŞ-ın Harvard Tibb Məktəbinin alimləri nadir rast gəlinən beyin şişi - papilyar kraniofarinqioma üçün yeni müalicə üsulu hazırlayıblar.

Yeni üsul şişlərin kiçilməsində effektiv olub. Araşdırmanın nəticələri "New England Journal of Medicine" nəşrində dərc olunub.

Tədqiqat 16 xəstəni əhatə edib, onlardan 15-i vemurafenib və kobimetinib kombinasiyası ilə azı 28 günlük terapiya kursunu tamamlayıb. Dörd dövr ərzində şiş ölçüsündə orta azalma 68 faizdən 99 faizə qədər (orta hesabla 91faiz) dəyişib.

Yeddi xəstə eksperimental terapiyanın dayandırılmasından sonra başqa müalicə almayıb. Altı pasiyentin təxminən iki illik müayinəsi şişin böyümədiyini üzə çıxarıb. Müalicə zamanı xəstələrin heç birində şiş böyüməyib, ölən olmayıb.

Anar ƏLİ,

“Xalq qəzeti”

Son xəbərlər