Ermənilər AZAL-ın təyyarəsinə radiomaneələr tətbiq edib

post-img

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikasının ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq olunur. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

İyulun 13-də saat 11:54-dən 12:07-dək Zəngilan-Füzuli və saat 13:02-dən 13:17-dək Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə ye­tirən Azərbaycan Hava Yollarına məxsus Gul­fstream G280 sərnişin təyyarəsinə qarşı radio­maneələrin tətbiqi nəticəsində onun GPS peyk naviqasiya sistemində fasilə yaranıb.

Bildiririk ki, qeyri-qanuni erməni silah­lı dəstələri tərəfindən sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı əv­vəllər də radiomaneələrin tətbiq edilməsi faktı qeydə alınıb.

Bu kimi halların hava uçuşlarının təhlükə­sizliyinə ciddi təhdid təşkil etdiyi barədə Rusi­ya sülhməramlı kontingentinin komandanlığı­na tərəfimizdən dəfələrlə edilən müraciətlərə baxmayaraq, heç bir tədbir görülməyib.

“Xalq qəzeti”

Son xəbərlər