Yeni arxeoloji tapıntılar

post-img

Qərbi Azərbaycan Aşnoye Mədəni İrs İdarəsi burada aparılmış arxeoloji qazıntılar barədə məlumat verib. Alimlər mis-daş, tunc, dəmir və İslam dövrünə aid 111 ən qədim yaşayış yeri aşkar ediblər. Əldə edilmiş əşyalar, əsasən, gil, daş və sümükdən ibarətdir. 

Qeyd edək ki, Azərbaycanın güneyində yerləşən bölgələr İran inzibati ərazi bölgüsünə əsasən, Qərbi Azərbaycan, Şərqi Azər­baycan, Ərdəbil, Zəncan, Gilan, Qəzvin, İsfahan, Həmədan və Kürdüstan ostanlarına bölünmüşdür.

Rəhman GƏNCƏLİ

Son xəbərlər