700 kənddə içməli su çatışmır

post-img

Yerli sakinlər və sosial media fəalları Şərqi Azərbaycan əyalətində təmiz su çatışmazlığı problemindən şikayət edirlər. Onlar əyalətin Qumtəpə bölgəsində problemin daha ciddi hal aldığını yazırlar.

Sakinlərin məsələ ilə bağlı dövlət qurumlarına müraciətləri cavabsız qalıb. Müraciətdə göstərilir ki, Şərqi Azərbaycan əyalə­tinin 700 kəndində su qıtlığı yaşanır. Təbriz Universitetinin Plan­laşdırma və Çevrə Elmləri fakültəsinin rəhbəri Behruz Sari bildirib ki, Şərqi Azərbaycanın 360 kəndi tamamilə boşalıb. Hökumət bu barədə ciddi fikirləşməlidir.

Rəhman GƏNCƏLİ

Son xəbərlər