Əlburzda alkoqoldan 95 nəfər zəhərlənib

post-img

İran islam dövləti olsa da burada alkoqollu içkilərdən ölüm halları əksər şəhərlərin payına düşür. Əlburz əyaləti də belə yaşayış məskənlərindən biridir. 

Əlburz Tibb Elmləri Universitetinin rəhbəri bu əyalətdə təkcə 2 gündə spirtli içki qəbulu səbəbindən zəhərlənənlərin sayının 95 nəfər olduğunu açıqlayıb. 

İranda spirtli içkilərin satışı qadağandır. Ona görə də ölkəyə digər yerlərdən qaçaqmalçılıq yolu ilə keyfiyyətsiz içkilər daxil olur. Təkcə Kərəcdə saxta içki qəbulu səbəbindən 14 nəfər ölüb, 88 nəfər xəstəxanaya müraciət edib.

Rəhman GƏNCƏLİ

Son xəbərlər