«Gənclərin xaricdə təhsil imkanları» ilə bağlı seminar keçirilib

post-img

Bu gün Goranboy Gənclər Evinin təşkilatçılığı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin direktoru Əfqan Baxşəliyev tərəfindən "Gənclərin xaricdə təhsil imkanları" adlı seminar keçirilib.

Seminar zamanı xarici ali təhsil müəssisələrində təhsil ilə bağlı Dövlət Proqramları, sənəd qəbulu və seçim mərhələləri, təqaüd proqramları, həmçinin dünya reytinqli universitetlərdə gənclərin təhsilalma imkanları və digər mövzularda gənclərə geniş informasiya verilib. 

Seminarın sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb, həmçinin düzgün ixtisas seçimi ilə bağlı gənclərə tövsiyyələr verilib.









Son xəbərlər