İkinci ən böyük tanker istismara verilib

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla yaradılan “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən alınan növbəti “Aframax” tipli tanker istismara verilib. Prezident İlham Əliyevin tapşırığı ilə “Qarabağ” adlandırılan gəmidə Dövlət Himninin sədaları altında üçrəngli Azərbaycan bayrağı qaldırılıb.

Xəzərdənkənar sularda Azərbay­can bayrağı altında üzəcək digər “Af­ramax” tipli tankerlər kimi, “Qaraba­ğın” da dedveyti (ümumi yükgötürmə qabiliyyəti) təxminən 115 min tondur.

Gəmini Ələt Azad İqtisadi Zo­nasında qeydiyyatdan keçmiş AS­CO-nun 100 faiz törəmə müəssisə­si olan “ASCO Ship Management AFEZCO” şirkəti idarə edəcək.

Qeyd edək ki, “SA Maritime AFEZ­CO” Birgə Müəssisəsi tərəfindən ba­zar araşdırması nəticəsində ilkin ola­raq üç “Aframax” tipli tanker alınıb. Bunlardan birincisi –“Şuşa” gəmisi 15 iyun –Qurtuluş Günündə istisma­ra verilib. Üçüncü gəminin –“Zəngə­zur”un istismara verilməsi üzrə işlər də artıq yekunlaşmaq üzrədir.

Prezident İlham Əliyevin birbaşa dəstəyilə alınan bu nəhəng tankerlər ölkəmiz üçün strateji əhəmiyyətə ma­lik olmaqla, milli gəmiçiliyin yükdaşı­ma potensialının artırılmasına xidmət edəcək, neft sənayemizin beynəlxalq dəyər zəncirinə töhfə verəcək. 

“Xalq qəzeti”

Son xəbərlər