Hərbi Prokurorluqda qazilərlə görüş keçirilib

post-img

İyunun 24-də Hərbi prokurorluqda müharibədə iştirak etmiş hərbi qulluqçular, o cümlədən qazilər ilə görüş keçirilib.

Baş prokurorun müavini–Hərbi prokuroru, ədliyyə gene­ral-leytenantı Xanlar Vəliyev mərasim iştirakçılarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Hərbi prokuror qeyd edib ki, Azərbaycan Prezidentinin yük­sək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin mad­di-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arse­nalı ən müasir avadanlıqlarla zənginləşdirilib. 

Ehtiyatda olan polkovnik Abdulla Qurbani və çıxış edən di­gər şəxslər Vətən müharibəsindən, eləcə də 44 günlük döyüş­lərdə Hərbi Prokurorluğun özünəməxsus rolundan bəhs ediblər.

“Xalq qəzeti”

Son xəbərlər