Lukaşenko "Vaqner"in rəhbəri Priqojinlə danışıqlar aparıb

post-img

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə razılaşaraq "Vaqner" muzdlu silahlı qruplaşmanın rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.

Bu barədə Belarus liderinin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

“Bu gün səhər Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarına “Vaqner” özəl hərbi şirkəti ilə Rusiyanın cənubundakı vəziyyətlə bağlı məlumat verib.

Dövlət başçıları birgə fəaliyyətlə bağlı razılığa gəliblər. Müqavilələrin davamı olaraq Belarus prezidenti öz kanalları vasitəsilə vəziyyəti əlavə olaraq dəqiqləşdirərək və Rusiya prezidenti ilə razılaşaraq "Vaqner"in rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.

“Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” şirkətinin silahlı şəxslərinin Rusiya ərazisində hərəkətini dayandırmaq və gərginliyi azaltmaq üçün əlavə addımlar atmaq təklifini qəbul edib. 

Son xəbərlər